• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” oğurlanmış parolları satın alır

“Facebook” oğurlanmış parolları satın alır
13.11.2016 10:22
"Facebook” sosial şəbəkəsi istifadəçilərin səhifəsindən parolları oğurlayan hakerlərlə mübarizə aparmağın yeni üsulunu tapıb. 

Belə ki, sözügedən sosial şəbəkənin təhlükəsizlik xidməti mütəmadi oğurlanmış parolları satın alaraq onları sosial şəbəkənin təhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə istifadə edir.
 
"Facebook”un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamosun sözlərinə görə, kibercinayətkarlarla belə mübarizə üsulu olduqca səmərəlidir. "CNET” portalı yazır ki, satın alınmış parollar hazırda şirkət və adi istifadəçilərin səhifəsində istifadə edilən parollarla müqayisə edilir və uyğunluq aşkar edildikdə, səhifənin sahibi avtomatik olaraq parolunun zəif olması haqda xəbərdarlıq alır.
 
"ICTnews” Elektron Xəbər Xidməti infox.ru saytına istinadən yazır ki, сənab Stamosun sözlərinə görə, hakerlərdən satın alınmış parollar bazasında ən sadə kombinasiyalardan ibarət parollarla ("qwerty”, 12345 və sairə) qorunmuş yüz minlərlə hesab mövcuddur ki, bu da istifadəçilərin fərdi informasiyasının mühafizəsi məsələlərində bilik səviyyəsinin aşağı olmasından xəbər verir.
 
Aleks Stamos hakerlərlə mübarizədə başqa orijinal metodlardan istifadə edir və belə təşəbbüs onun təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə seçilməsinə səbəb olub. Əvvəllər "Yahoo” korporasiyasında işləmiş Aleks ötən ildən "Facebook”da işləməyə başlayıb. Ancaq istifadəçi öz hesabını hakerlərdən qorumağa çalışmadığı halda, istənilən müdafiə metodu səmərəsizdir. Məsələn, "Facebook” sosial şəbəkəsində az sayda profil sahibləri ikimərhələli autentifikasiyanı aktivləşdiriblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol