• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbul üçün qorxunc proqnoz

İstanbul üçün qorxunc proqnoz
16.11.2016 22:51
İstanbulda güclü zəlzələ olacağı barədə alimlərin proqnozları İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin də gündəminə keçib.

ANN.Az publika.az-a istinadən bildirir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Faruk Aydın 7,5 və ya 7,7 ballıq zəlzələ baş verəcəyi halda, böyük itkilərin olacağını bildirib.

Onun sözlərinə görə, bu halda 70-90 min insan öləcək, 135 min insan ağır yaralanacaq. Şimali Anadolu layının İstanbula təsir edəcəyi və dağıdıcı zəlzələyə gətirib çıxara biləcəyini söyləyən Faruk Aydın layın İstanbulun quru sahəsində olmadığını, cənubda Mərmərə dənizinin içində yerləşdiyini deyib.
28 zəlzələ stansiyasının tikildiyini bildirən Aydın onlardan 10-nun İstanbul Böyükşəhər Bələdiyyəsi,18-nin isə Şamlı Rəsədxanası tərəfindən işlədildiyini vurğulayıb.

"Bu stansiyaların sayı artırılmalıdır. Bu stansiyalar torpaqda olan ən kiçik hərəkətliliyi bir-biri ilə xəbərləşərək Şamlı Rəsədxanasına məlumat verirlər. İstanbul olaraq böyük şansımızı var. Bu da lay xətlərinin dənizdə olması ilə bağlıdır. Dənizdəki hərəkətlilik quruya gələnə kimi 5-12 saniyəlik vaxt qazanırıq. Bu müddətdə təbii qazı və elektriki avtomatik olaraq kəsə bilərik. Bu sistem hazırdır", - Faruk Aydın söyləyib.

Faruk Aydın dağıdıcı bir zəlzələ baş verəcəyi halda, Mərmərə dənizində yarana biləcək dalğaların hündürlüyünün 5,56 metrə çatacağını vurğulayıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol