• $
  • €
  • ₽
  • ₺
  • £

“Nokia” smartfonlar bazarına qayıdır

“Nokia” smartfonlar bazarına qayıdır
25.11.2016 21:57
"Nokia" brendli mobil qurğuların istehsalı hüququna malik "HMD Global" şirkətinin nümayəndələri 2017-ci ildə məşhur Finlandiya əmtəə nişanı ilə smartfonların buraxılacağını rəsmən təsdiq ediblər.

Bu barədə bəyanat sərmayədarlar üçün "Nokia's Capital Markets Day 2016" tədbirində səsləndirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, yeni "Nokia" smartfonlarının növbəti ilin fevralında illik "Mobile World Congress" (MWC 2017) sərgisində təqdim ediləcəyi gözlənilir. Şirkətin debütünün 5,5 düymlük "Full HD" ekran və səkkiznüvəli "Qualcomm Snapdragon 430" prosessoru ilə təchiz edilən "Nokia D1C" qurğusunun olacağı bildirilir. Smartfon ən yeni "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Məlumata görə, smartfonlar bazarından başqa "HMD Global" digər istiqamətləri, o cümlədən virtual reallıq texnologiyasını inkişaf etdirməyi planlaşdırır. Müvafiq patent hüququnun 2018-ci ildə alınaraq rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu il artıq virtual reallıq videosunun yaradılması üçün "Nokia OZO" adlı xüsusi kamera təqdim edilib.

Qeyd edək ki, 2013-cü ildə Finlandiya istehsalçısı və "Microsoft" korporasiyası arasında telefonların istehsalı ilə bağlı biznesin satılması üzrə imzalanan sazişin şərtlərinə görə, "Nokia" 2016-cı ilin dördüncü rübünədək smartfonlar istehsal etmək hüququna malik deyil. Bundan başqa, "Nokia" 2024-cü ilədək mobil telefonlar üzərində öz brendini yerləşdirmək hüququndan məhrum edilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol