• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur alimdən SOS: "Bu, ictimai cəhətdən dağıdıcıdır"

Məşhur alimdən SOS: "Bu, ictimai cəhətdən dağıdıcıdır"
06.12.2016 18:54
Məşhur fizik, professor Stiven Houkinq hesab edir ki, hazırda Yer planeti özünün ən təhlükəli vaxtına qədəm qoymaqdadır.
 
ANN.Az modern.az-a istinadən xəbər verir ki, Stiven Houkinq bu barədə "The Guardian” nəşrində yazdığı məqaləsində bildirib.
O, yazısında ali elitalarla və orta fəhlə sinfi arasında təbəqələşmənin dərinləşməsindən, miqrasiya və ekologiya problemlərindən söz açıb.
 
Alimin fikrincə, fabriklərin, iri müəssisələrin avtomatlaşdırılması, süni intellektin inkişafı iqtisadi bərabərsizliyə yol açır və gələcəkdə bu proses daha da sürətlənəcək.
 
"Bu amillər öz növbəsində dünyada artan iqtisadi bərabərsizliyi daha da sürətləndirəcək. İnternet və bu tipli müxtəlif platformalar çox az sayda insanın böyük gəlir qazanmasına gətirib çıxarır. Bu, elmi, texnoloji irəliləyişdir, amma ictimai cəhətdən də olduqca dağıdıcıdır”, - deyə Houkinq bildirib.
 
Fizikin fikrincə, ən zəngin insanlar öz vaxtlarını telefonda, internetdə keçirirlər. Bu isə miqrasiya problemlərinin yaranmasına da gətirib çıxara bilir:

"Və budur, xarabalıq sakinləri "İnstagrama” baxır, miqrantların sayına qoşulur və daha yaxşı həyat axtarışı üçün yola çıxırlar. Bu miqrantlar öz növbəsində ölkələrin infrastrukturuna, itqisadi sistemlərinə yeni tələblərin gətirilməsinə səbəb olurlar”.
 
Professor ekoloji problemlərə də toxunub:
 
"Ekoloji problemlər, iqlim dəyişikliyi, qida məhsullarının istehsalı, planetdəki əhali çoxluğu, epidemiyalar, okeanların çirkələndirilməsi. Bütün bu problemləri həll etmək üçün yalnız birləşmək lazımdır. Mümkündür ki, yüz il sonra biz başqa planetlərdə koloniyalar yaradaq. Amma hazırda biz Yer kürəsini qorumaq üçün onunla əməkdaşlıq etməliyik”, - deyə o çağırış edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol