• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda partlayış - 29 ölü, 166 yaralı - FOTOLAR - VİDEO - YENİLƏNİB

İstanbulda partlayış - 29 ölü, 166 yaralı - FOTOLAR - VİDEO - YENİLƏNİB
11.12.2016 09:25
İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.
 
Bu barədə "Anadolu” Türkiyə  DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış "Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da  baş verib. Partlayış avtomobilə quraşdırılmış,  məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı  törədib. 
 
Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi. //APA
 
*** 
 
İstanbulun Beşiktaş rayonunda partlayış baş verib.
 
Türkiyə nətbuatının verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, "Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında  baş verib.
 
Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır. 
 
Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.  
 
 
 
Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.  
 
Hadisənin terror aktı olduğu istisna olunmur.  İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.
 
Partlayışın "Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir. 
 
Hazırda RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub. //APA
 

















 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol