"Facebook"dan şərhlər bölməsilə bağlı YENİLİK

"Facebook" sosial şəbəkəsi şərhlər bölməsini çatla əvəzləməyi planlaşdırır.
İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, hazırda yeni sistem məhdud sayda istifadəçilər üçün test mərhələsindədir.
Çatın özəlliyi çevrilmiş pəncərə formasında olması və ekranda çox yer tutmaması olacaq. Bu isə xəbər lentini izləməyə və dostlarla ünsiyyətdə olmağa mane olmayacaq.
Bununla belə, "Facebook" şirkətində düşünürlər ki, çevrilmiş pəncərə formasında olan çat bəzi istifadəçilərin diqqətini yayındıracaq. Çat vasitəsilə şərhlərə tez cavab vermək və cavab almaq mümkün olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















