• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin ən populyar smartfonları məlum oldu

Bu ilin ən populyar smartfonları məlum oldu
12.12.2016 21:33
"Counterpoint Market Technology” şirkəti tədqiqat apararaq "iPhone 7” smartfonunun 2016-cı ildə ən çox satılan model olmasını açıqlayıb.

"ICTnews” Elektron Xəbər Xidməti "IGate” resursuna istinadən yazır ki, tədqiqatda analitiklər 2016-cı ilin yekunları üzrə hansı "ağıllı” telefon modelinin daha populyar olmasını müəyyənləşdiriblər. Reytinqdə mütləq lider bu ilin sentyabrında satışa çıxarılan, 4,7 düymlük displey, "Apple A10 Fusion” prosessoru, maksimal qablaşdırmada 256 giqabayt daxili yaddaş, 2 giqabayt operativ yaddaş və sukeçirməz korpus ilə təchiz edilən "iPhone 7” olub.

Ən çox satılan smartfonlar siyahısında ikinci yeri "Samsung Galaxy S7 edge” tutub. Qurğuda güclü texniki xüsusiyyətlər qeyri-adi dizaynla birləşib. "Galaxy S6 edge” modelinin xüsusiyyətlərini özündə birləşdirən smartfon 2560 х 1440 pikselli "Super AMOLED” displeyə, genişləndirilə bilən daxili yaddaş və sukeçirməz korpusa malikdir.  

Reytinqdə üçüncü yerdə apreldə təqdim edilən "HTC 10” smartfonu qərarlaşıb. Aparat 2560 х 1440 piksel təsvir ölçülü 5,2 düymlük ekran, "Snapdragon 820” prosessoru, 64 giqabaytlıq daxili yaddaş və 4 giqabaytlıq operativ yaddaş, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.

Ən populyar smartfonlar siyahısında, həmçinin "Huawei P8 lite”, "Lenovo Vibe X3”, "Meizu M3 Note”, "OnePlus 3”, "LG G5”, "Asus Zenfone 3” modelləri yer alıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol