• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"dan saxta xəbərlərlə bağlı YENİLİK

"Facebook"dan saxta xəbərlərlə bağlı YENİLİK
16.12.2016 19:56
Yaxın zamanda reallaşan ABŞ Prezidentlik seçkilərində platformada paylaşılan saxta xəbərlərin artışı ilə bağlı çoxsaylı tənqid alan Facebook, problemin həlli üçün professional kömək almağa qərar verdi.

Qlobal bir təsdiq şirkəti olan Poynter Network ilə iş birliyi edən Facebook, 4 addımda saxta xəbərlərdən qurtulmağı planlaşdırır.

Daha əvvəl saxta xəbərlər və aqressiv məzmunlar üçün süni zəka istifadə edəcəyini də bildirən Facebook, Blog vasitəsilə edilən açıqlama ilə birlikdə saxta xəbər problemini nə qədər ciddiyə aldığını da göstərmiş oldu. Asan şikayət, xəbərin mübahisəli olaraq işarələnməsi, məlumatlandırılmış paylaşım və saxta xəbər göndərənlər üçün maddi cəzalar olmaq üzrə 4 addımdan ibarət olan sistem vasitəsilə saxta xəbərlər ilə savaşılacaq.

Açıqlamada bu 4 addımın istifadəçilərin Facebook təcrübəsini daha yaxşı hala gətirmək üçün hazırlandığını bildirən şirkət rəsmiləri, etdikləri sınaqlar nəticəsində addımların dəyişib inkişaf etdiriləcəyini də əlavə edib. Asan şikayət edilmə addımı isə bu prosedurun ən vacib hissəsidir. Xəbərin sağ üst hissəsindən daxil ola biləcəyiniz seçimlərdən, şübhəli olduğunu düşündüyünüz xəbəri saxta olaraq şikayət edə biləcəksiniz.



Şikayət edilən və mübahisəli xəbər olaraq işarətlənən paylaşımlar, Facebook-a bu işdə kömək edəcək şirkət olan Poynter Network tərəfindən incələnəcək. Bu sistem vasitəsilə təyin edilən və sonrasında saxta olduğu dəqiqlik qazanan xəbərlərin üzərində saxta xəbər formasında bir xəbərdarlıq olacaq və xəbər lentində daha az görünəcəklər. Eyni zamanda xəbərin üstündə niyə saxta xəbər olduğu barədə bir açıqlama da yer alacaq.



Bu xəbərləri paylaşmaq yenə də mümkün olacaq lakin Facebook, bu xəbərləri paylaşmaq istədiyinizdə saxta olduğuna dair bir xəbərdarlıq edəcək. Mübahisəli xəbər olaraq işarələnmiş xəbərlərin sponsorlu məzmun ola bilməyəcəyi də açıqlamada qeyd edilib.

Saxta xəbər paylaşımı edənləri təyin etməyi məqsəd edindikləri bilditən Facebook, böyük media qurumlarını təqlid etməyə çalışan internet saytlarını cəzalandıracağını da bildirib. Facebook, əgər bu sistem vasitəsilə uğurlu ola bilsə nəhayətki sosial medianın saxta xəbər zibilliyi olmaqdan xilas edə bilər. //Technote.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol