Müsəlman telekanalı yaradılır - Rusiyada

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.
R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.
Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















