• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə xəbərdarlıq edildi - Çində

Əhaliyə xəbərdarlıq edildi - Çində
19.12.2016 17:57
Çində hava çirklənməsinin insan sağlamlığına yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edilib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Çinin orta və şimal bölgələrində kəskin hava çirklənməsi Dünya Sağlamlıq Təşkilatının insan səhhəti üçün təhlükəli  qəbul etdiyi "ən böyük dərəcə" dəyərinin 8 qatında olduğu açıqlanıb.

Çin Milli Metereologiya Mərkəzi ölkənin orta və şimal bölgələrində yerləşən Hınan, Şanşi, Şaanşi və Hıbey əyalətlərilə, eləcə də, Tiencin şəhəri və paytaxt Pekində ciddi hava çirklənməsi səbəbilə əlaqədar xəbərdarlıq edib.

Metereologiya Mərkəzinin verdiyi məlumata görə, zərərli hava 24 şəhəri təsiri altına alıb.

Mərkəzdən verilən məlumata görə, xəbərdarlıq edilən bölgələrdə bir müddət  tikinti işləri və təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Yerli hökümət Tiencin şəhərində tikinti şirkətlərinin və sürücülərin qəbul olunmuş qaydalara nə dərəcədə əməl etdiklərini yoxlamaq üçün qruplar yaradıb. Çirkli hava şəraitinin  çərşənbə gününə kimi davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Çin 2014-cü ildən çirkli havaya qarşı mübarizə aparır. Ölkənin ən böyük şəhərlərində sənaye işlərinin sürətli inkişafı Çini dünyanın ən çirkli şəhərləri sırasına daxil edib.
 
Şəbnəm Cavadzadə

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol