• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlərin Moskva görüşü başladı

Nazirlərin Moskva görüşü başladı
20.12.2016 12:50
Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü başlayıb. 

ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, görüşdən əvvəl Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu dünən axşam Ankarada Rusiya səfirinin öldürülməsi ilə bağlı açıqlama verib.

Lavrov bildirib ki, Karlovun sui-qəsd nəticəsində öldürülməsinin detallarını araşdırırıq:
 
"Artıq araşdırma üçün Rusiyadan Ankaraya xüsusi heyət də göndərilib. Terrorçulara imkan verməyəcəyik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya qədər Türk xalqı da bu hadisədən çox kədərlənib: 

"Həm Rusiya, həm Türkiyə bilir ki, bu terror hücumunun hədəfi iki ölkə arasındakı əlaqələrə zərər vermək və son zamanlarda əldə edilən bütün hədəfləri məhv etməkdir. Rusiya və Türkiyə bunun fərqindədir və buna icazə verməyəcəyimizi dəfələrlə vurğulamışıq. Bu xain terrorun arxasında kimlər varsa, ortaya çıxaracağıq. Bunu da birlikdə bacaracağıq”.

Qeyd edək ki, üçtərəfli görüşdə əsasən, Suriyada baş verənlər və problemin həlli üçün çıxış yolları müzakirə ediləcək.

Kamil Əmirli 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol