• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yüngül noutbuk təqdim edildi

Ən yüngül noutbuk təqdim edildi
20.12.2016 18:50
"Samsung” şirkəti nazik korpuslu yenilənmiş kompakt "Notebook 9” noutbukunu təqdim edib.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, "Samsung Notebook 9” yüksək məhsuldarlığı təmin etməklə portativliyin bütün üstünlüklərini saxlayır. Çəkisi 800 qram təşkil edən 13,3 düym ekranlı qurğu hazırda bazarda ən yüngül noutbuk hesab edilir. Noutbukun displeyi 180 dərəcə əyilir ki, bu da təqdimat və fotoşəkillərin nümayişi zamanı xüsusilə rahatlıq yaradır.

Məlumata görə, "Notebook 9” dəmir korpus və "Micro Arc Oxidation” (MAO) texnologiyasından hazırlanması sayəsində yüksək möhkəmliyə, deformasiya və temperatur təsirlərinə qarşı davamlılığı ilə seçilir. Qurğu yeddinci nəsil "Intel Core i5” və ya "Intel Core i7” prosessoru ilə təchiz edilib. Batareya enerji toplamadan 7 saatlıq avtonom işi təmin edir ki, bu da ofisdə birgünlük iş üçün kifayətdir. İstifadəçilər noutbuku 80 dəqiqəyə 0-100%-dək enerji ilə doldura bilərlər, o cümlədən 20 dəqiqəyə toplanmış enerji onu 2 saatlıq işlə təmin edəcək. "USB Type-C” çıxışı noutbuku smartfon adapteri vasitəsilə enerji ilə doldurmağa, eləcə də digər displeylərə qoşulmağa və faylları yüksək sürətlə ötürməyə imkan verəcək.

"Samsung Notebook 9” quraşdırılmış barmaq izi ötürücüsünü, eləcə də "Window Hello” sistemini dəstəkləyir. Bu, "Windows 10” sistemindəki şəxsi istifadəçi məlumatlarına parolu daxil etmədən çıxış əldə etməyə şərait yaradır. Qurğuda istifadə edilən "Samsung RealView Display” texnologiyası displeyin yüksək parlaqlıq səviyyəsini və geniş baxış bucağını dəstəkləyir. Burada, həmçinin birbaşa günəş şüaları altında işləyən zaman ekranın parlaqlığını artıran "Outdoor Mode” rejimi yer alıb.

Hazırda noutbukun qiyməti və satışa nə vaxt çıxarılması barədə məlumat verilmir. Ətraflı məlumatın "CES 2017” sərgisində təqdim ediləcəyi gözlənilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol