• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahu Obamanı günahlandırdı

Netanyahu Obamanı günahlandırdı
25.12.2016 19:53
İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netanyahu Barak Obama administrasiyasının əslində bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.
 
Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. B. Netanyahu deyib ki, İsrail hakimiyyətinin xahişinə baxmayaraq, amerikalılar BMT Təhlükəsizlik Şurasında veto hüquqlarından istifadə etməyib: "On illər ərzində amerikalılarla İsrail hökumətləri arasında məskunlaşma siyasəti ilə bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələni həlli yeri deyil. Biz bilirik ki, bu orqanın müraciəti yalnız danışıqlar prosesini  mürəkkəbləşdirir və bizi sülh əldə etməkdən uzaqlaşdırır”.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol