• $
  • €
  • ₽
  • ₺
  • £

Bir foton vasitəsilə informasiya ötürülüb

Bir foton vasitəsilə informasiya ötürülüb
29.05.2020 01:17
Priston Universitetinin alimləri bir elektrona kvant informasiyanı fotona ötürməyə imkan verən qurğu icad ediblər. Ötən həftə "Science” jurnalında dərc edilən tədqiqat kvant kompüter texnologiyaları sahəsində əsl irəliləyiş ola bilər.

"ICTnews” Elektron Xəbər Xidməti "SecurityLab” resursuna istinadən yazır ki, universitet alimi Syao Minin sözlərinə görə, indi biz kvant vəziyyəti bilavasitə fotona ötürmək imkanına malikik. "Əvvəllər bunu kvant vəziyyətin informasiya ötürülənədək itməsinə görə yarımkeçirici cihazlarsız etmək qeyri-mümkün idi”, - o bildirib.

Məlumata görə, alimlərin yaratdığı qurğu beşillik tədqiqatın nəticəsidir və üstündə nanonaqillərin yerləşdiyi silisium və silisium-germanium qatlarından ibarət yarımkeçirici çipdir. İnsan tükündən nazik olan naqillər çipə elektrik enerjisinin çatdırılması üçün lazımdır. Onun vasitəsilə alimlər elektronu silisium qatları arasında kvant nöqtələri (enerji daşıyıcıları məkanda üç ölçü üzrə məhdudlaşdırılan keçirici və ya yarımkeçirici fraqmentlər) kimi tanınan mikrostrukturlarda ələ keçirə biliblər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Elektronlar arasında vasitəçi kimi alimlər kənar təsirlərə daha dözümlü və informasiyanı təkcə bir kvant çipin mikrosxemləri daxilində deyil, həm də kvant çiplər arasında ötürə bilən fotonu seçiblər.

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıracaq.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol