• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"dan möhtəşəm yenilik

"Facebook"dan möhtəşəm yenilik
04.01.2017 15:17
"Facebook"  "Messenger" xidməti üçün yeni bir xüsusiyyəti təqdim edib.

Facebook hər keçən gün yeniliklər etməkdə davam edir. Bu yeniliyin digərləri ilə müqayisədə daha çox diqqət çəkməsi gözlənilir.

Facebook artıq uzun müddətdən bəri qrup video söhbətləri üzərində işlər aparmaqda idi. Bu yenilik sayəsində 50 adam eyni zamanda video danışıq edə biləcək. Bu haqda məlumatı "The Verge" xeber saytı yayımlayıb. İstifadəçi bu xidmətdən çox asanlıqla yararlana biləcək. Bunun üçün qrup söhbətinə daxil olaraq, ekrandakı kamera işarəsinə klik edərək video söhbətə qoşula bilər. Bu arada həmin anda digər istifadəçilər də bir-birlərini görə bilirlər. Bu yeniliyin bir digər maraqlı tərəfi isə tətbiq sadəcə 6 nəfərin ekranda videosuna icazə verməsidir.

Bir digər tərəfdən 6 nəfər eyni anda danışarsa, onda ekrana yalnız səsi ən yüksək olan şəxsin səsi ötürülür. Əslində Messenger üçün bu yenilik bir qədər geçikmiş hesab oluna bilər. Belə ki, Google Hangouts və Microsoft Skype belə qrup video söhbəti üçün 10 nəfər limit təyin etmişdi. Messenger-ə isə belə qrup danışığı təqribən aprel ayında təqdim olunmuşdu. Həmçinin burda yalnız bir-bir danışıq mümkün idi. Bundan əlavə "Facebook"-un ən böyük rəqibi "Snapchat" video zəngləri bu il yayımlamışdı. Facebook-un tərkibində yer alan "WhatsApp" isə keçən ay bu yeniliyi istifadəçilərə təqdim etdi. Verilən məlumata görə istifadəçilər həmçinin video və audio istifadəsi zamanı yazı, stiker və digər animasiyalardan istifadə edə biləcəklər. Artıq yayımlanan yeniliyin qısa zamanda bütün dünyada aktiv hala gəlməsi gözlənilir.

Doğrusu, bu qədər şəxsin eyni anda necə video söhbət aparması hər kəs üçün maraqlıdır. Yenilənmə istifadə olunmağa başladıqda bunun haqda fikir bildirmək mümkün olacaq. //technote.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol