• $
  • €
  • ₽
  • ₺
  • £

Virtual reallıq üçün çəkmə təqdim edilib

Virtual reallıq üçün çəkmə təqdim edilib
05.01.2017 18:57
Yaponiyanın "Cerevo” şirkəti müxtəlif səthlər üzrə yerimə və ya ayaqla zərbə hisslərini imitasiya edən "Taclim” virtual reallıq çəkməsini təqdim edib. Hazırda prototip mərhələsində olan qurğu yalnız toxunuşla duyulan hissləri imitasiya edir.

"ICTnews” Elektron Xəbər Xidməti "N+1” resursuna istinadən yazır ki, müasir virtual reallıq sistemləri istifadəçiyə görmə və eşitmə hisslərini qəbul etməklə modelləşdirilən kompüter dünyasına dalmağa imkan verir. Bununla belə, onlar istifadəçinin modelləşdirilən dünya ilə realdakı kimi əlaqə yaradan zaman qəbul edə biləcəyi hissləri imitasiya edə bilmədiklərinə görə virtual reallığa tam dalmır.  

Yeni "Taclim” virtual reallıq botinkası ayağın altından və pəncədən qalın kəmərlə bərkidilib. Altlıqda toxunuşla duyulan hissləri imitasiya edən üç modul quraşdırılıb. Las-Veqasda "CES 2017” sərgisində qurğunu sınaqdan keçirən "Gizmodo” saytının müxbirinin sözlərinə görə, botinkanın imitasiya etdiyi hissləri real adlandırmaq hələ ki qeyri-mümkündür.

Məlumata görə, "Cerevo” şirkəti yeni çəkmənin satışına bu ilin payızında başlamağı planlaşdırır. Bir cütün qiymətinin 1000-1500 dollar arasında olacağı gözlənilir. Hazırda qurğu prototipi yalnız "Google VR” virtual reallıq eynəyi ilə uyğunluq təşkil etsə də, mütəxəssislərin bildirdiyinə görə, yaxın vaxtlarda digər sistemlər (Oculus Rift, Steam VR və ya PlayStation VR) üçün adaptasiya ediləcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol