• $
  • €
  • ₽
  • ₺
  • £

“iPhone 8s” modeli tarixdə ən sürətli smartfon olacaq

“iPhone 8s” modeli tarixdə ən sürətli smartfon olacaq
09.01.2017 21:20
Tayvanın "TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, "Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi "iPhone 8s” smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.

"ICTnews” Elektron Xəbər Xidməti "Macdigger” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, "TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri "Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.

Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.

Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə "iPhone” istehsalçısı "Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı "Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.

Qeyd edək ki, "TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. "Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol