• $
  • €
  • ₽
  • ₺
  • £

“Nokia 6” smartfonu təqdim olunub - Rəsmi

“Nokia 6” smartfonu təqdim olunub - Rəsmi
09.01.2017 20:15
Finlandiyanın "Nokia” şirkəti mobil telefonlar bazarına geri qayıtdıqdan sonra ilk  smartfonunu təqdim edib. Yaxşı texniki xüsusiyyətlərə malik qurğu "Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir. Pis xəbər odur ki, yeni smartfon hələ ki yalnız Çində satılacaq.

"ICTnews” Elektron Xəbər Xidməti "hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni "Nokia 6” smartfonunun dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb.

Nokia 6” smartfonunun tanıtımı ilə məşğul olacaq Finlandiyanın "HMD Global” şirkəti sözügedən cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb:

Ekran: 5.5 düym, "Full HD”
Prosessor: "Qualcomm Snapdragon 430”
Əməli yaddaş: 4 QB
Daimi yaddaş: 64 QB
"MicroSD” kart dəstəyi: var
Əsas kamera: 16 MP, f/2.0, faza avtofokusu
Ön kamera: 8 MP, f/2.0
Akkumulyator: 3000 milliamper/saat
"LTE” dəstəyi: var
Akustika: "Dolby Atmos” dəstəyi
Əməliyyat sistemi: "Android 7.0”
Korpus: alüminium.

"Nokia 6” smartfonu hələ ki yalnız "JD.com” resursu üzərindən Çində satılacaq. Qiyməti 245 dollardır.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol