• $
  • €
  • ₽
  • ₺
  • £

Venesuela prezidenti postunu tərk etdi

Venesuela prezidenti postunu tərk etdi
10.01.2017 09:21

Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirib.

ANN.Az APA-ya istinadən verdiyi xəbərə görə, qərarın  lehinə 106 deputat səs verib.

Hökumət yönlü deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.

"El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.

Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlamenti arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina edib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol