• $
  • €
  • ₽
  • ₺
  • £

Ən güclü kiber ordular - ARAŞDIRMA

Ən güclü kiber ordular - ARAŞDIRMA
10.01.2017 18:38
"Zecurion Analytics” şirkəti dövlətlərin kiber orduları ilə bağlı araşdırma aparıb.
 
İKT.lent.az-ın xəbərinə görə, hazırda ən inkişaf etmiş kiber orduya malik olan dövlət ABŞ-dır. Analitiklər hesab edir ki, ABŞ-da bu sahəyə ayrılan vəsait ildə 7 milyard dollara, dövlətlə əməkdaşlıq edən hakerlərin sayı isə 9 min nəfərə yaxındır.
 
İkinci sırada Çin gəlir. Bu ölkədə kiber ordunun maliyyələşməsi təxminən 1,5 milyard dollar təşkil edir. Çin kiber ordusunun say tərkibi isə 20 min nəfərə yaxındır.
 
İlk üçlüyü Böyük Britaniya tamamlayır. Araşdırmaya əsasən bu ölkənin kiber ordusu 2 min nəfərdən ibarətdir və bu sahəyə ildə 450 milyon dollar ayrılır.
 
Dördüncü sırada 700 haker və 400 milyon dollar illik büdcə ilə Cənubi Koreyadır.

Araşdırmanın müəllifləri son vaxtlar ABŞ tərəfindən kiberhücumlarda ittiham edilən və bu səbəblə sanksiyalara məruz qalan Rusiyanı 5-ci sıraya qoyublar. Rusiyanın hərbi və kəşfiyyat məqsədilə bu sahəyə 300 milyon dollar ayırdığı, dövlətə işləyən peşəkar rus hakerlərin sayının 1000 nəfər olduğu bildirilir.
 
Şirkət kiber qoşunların əsas fəaliyyət istiqamətləri kimi casusluq, kiberhücumlar və informasiya müharibələrini göstərib.
 
"Zecurion Analytics” öz araşdırmasında ölkələrin hərbi büdcələrinə, nizamnamə sənədlərinə, beynəlxalq təşkilatların hesabatlarına və arayışlarına, rəsmi şərhlərə, insdayder informasiyalarına əsaslanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol