• $
  • €
  • ₽
  • ₺
  • £

200 min dollar ödəniş tələb edən virus aşkar edildi

200 min dollar ödəniş tələb edən virus aşkar edildi
11.01.2017 20:47
"Eset” antivirus şirkəti "KillDisk” zərərverici proqram təminatının yeni versiyasının aşkar edilməsi haqda məlumat verib. Bu virus kompüteri yoluxdurduqdan sonra istifadəçidən kompüterə giriş üçün 200 min dollar məbləğində ödəniş tələb edir.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən yazır ki, "Eset” şirkəti "KillDisk” virusunu dağıdıcı komponent adlandırıb. Sözügedən virus 2015 və 2016-cı illərdə Ukraynanın enerji və maliyyə şirkətlərinə hücumlar zamanı istifadə olunub. İndi bu virus faylları şifrləmə funksiyasına malikdir. Virusun yaradıcıları yoluxmuş qurğuların blokdan çıxarılması üçün 222 bitkoin ( 200 mindən çox dollar) tələb edirlər.

"KillDisk” zərərverici proqram təminatının yeni versiyası həm "Windows”, həm də "Linux” əməliyyat sistemi ilə işləyən kompüterlərə hücum edir. Yalnız işçi stansiyalar deyil, həm də serverlər bu virusun qurbanı olurlar.

Bu halda proqram virusa yoluxmuş kompüterdə şifrləmə açarlarını saxlamır və onu məsafədən idarə olunan serverə göndərmir. Bu o deməkdir ki, hətta tələb olunan məbləğin ödənilməsi məlumatların bərpasına zəmanət vermir.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol