Tailandda fəlakət: 41 nəfər öldü

Tailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib.
ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.
Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür. Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport da fəaliyyətini bərpa edib.
Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















