• $
  • €
  • ₽
  • ₺
  • £

İlk virtual platformalı mobil şəbəkə istifadəyə verilib

İlk virtual platformalı mobil şəbəkə istifadəyə verilib
29.05.2020 01:20
"velcom” şirkəti dünya mobil operatorları arasında ilk dəfə olaraq tam virtual mobil şəbəkə nüvəsini kommersiya istifadəsinə verib. Texnoloji innovasiya şirkətin şəbəkəsinin bütün konfiqurasiyasına təsir göstərəcək.

"ICTnews” Elektron Xəbər Xidməti "Belta” resursuna istinadən yazır ki, vahid virtual nüvəli şəbəkənin yaradılması üzrə layihə 9 aya "ZTE” şirkətinin Avstriya nümayəndəliyinin mütəxəssisləri ilə əməkdaşlıqda həyata keçirilib. "velcom” bunun üçün əsas şəbəkənin arxitekturasını köklü dəyişib və "NFV” şəbəkə funksiyalarının virtuallaşdırılması texnologiyasından istifadə etməklə nüvənin bütün əsas komponentlərini yeni "bulud” platformasına keçirib. Beləliklə, şirkət şəbəkəsində trafikin əsas hissəsi virtual nüvədən keçəcək.  

Nüvənin virtuallaşdırılması şəbəkənin məhsuldarlığı üzrə məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək. Pik yüklənmə vaxtında resursların paylanmasını avtomatik tənzimləmək və lazım gəldikdə əlavə serverlərin gücündən istifadə mümkün olacaq. Layihənin həyata keçirilməsi "velcom” şəbəkəsində yeni məhsul və xidmətlərin daha tez tətbiqinə kömək edəcək.
 
Şəbəkə nüvəsinin tam virtual platformaya keçirilərək yenidən qurulması operatora mürəkkəb telekommunikasiya avadanlığını yeniləməkdən imtina etməklə onu standart server İT avadanlığı ilə əvəzləməyə imkan verəcək ki, nəticədə şəbəkə daha sürətli və etibarlı olacaq.

Layihənin tətbiqində "velcom” mobil operatorunun, "Telekom Austria Group” holdinqinin və "ZTE” şirkətinin Avstriya nümayəndəliyinin mütəxəssisləri iştirak ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol