• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar rekord həddə çatdı - Türkiyədə

Dollar rekord həddə çatdı - Türkiyədə
29.05.2020 05:56
Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,9 lirəni ötüb. 

Sonuncu dəfə bu cür vəziyyət yanvarın 11-12-də qeydə alınıb və TRY/USD nisbəti 3,9423-ə bərabər olub. 

Türkiyədə dolların bahalaşmasına səbəb bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsi ilə bağlı açıqlaması olub. Belə ki, dövlət başçısı vahid faiz siyasətinin - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini hazırkı 8% səviyyəsində saxlamağın tərəfdarı olduğunu bildirib. Qeyd edək ki, TMB hazırda 3 faiz alətindən istifadə edir. Bunlar, 1 günlük və 7 günlük repo, eləcə də gec likvidlik faizləridir.

Bu arada "Fithc" beynəlxalq reytinq agentliyinin bu gün Türkiyənin reytinqini açıqlayacağı gözlənilir.
 
"Report"un analitik qrupu agentliyin Türkiyənin reytinqini aşağı salacağını və bununla da ölkənin investisiya qoyula biləcək statusdan çıxaraq spekulyativ ölkələr sırasına daxil olacağını proqnozlaşdırır. Bundan başqa, türk lirəsinin bir qədər də ucuzlaşacağı və TRY/USD nisbətinin 4-ü keçəcəyi, ilin sonuna qədər 4,3-a çatacağı istisna edilmir. 

Əgər "Fitch" Türkiyənin reytinqini sabit saxlasa, TRY/USD nisbətinin 3,7-ə qədər azalması mümkündür. //Report

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol