Ştaynmayer vəzifədən çıxarıldı

Almaniya prezidenti Yoahim Qauk xarici işlər naziri Frank-Valter Ştaynmayeri vəzifədən azad edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu vəzifənin icrası iqtisadiyyat naziri vəzifəsindən çıxarılan Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabrielə həvalə olunub.
Bu münasibətlə Almaniya prezidentinin iqamətgahında keçirilən mərasimdə ölkənin kansleri Angela Merkel də iştirak edib. Y. Qauk ədliyyə naziri Brigitta Tsiprisi də bu vəzifədən azad edərək iqtisadiyyat naziri təyin edib.
Qeyd edək ki, Frank-Valter Ştaynmayer 2013-cü ildən xarici işlər naziri vəzifəsini tutub. O, bu il Almaniya prezidentliyinə namizədliyini irəli sürəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















