• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın inauqurasiyasından sonra 10 ən zəngin amerikalı varlandı

Trampın inauqurasiyasından sonra 10 ən zəngin amerikalı varlandı
29.05.2020 05:16
ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra 1 həftə ərzində "Forbes" jurnalının reytinqində yer alan 10 ən zəngin amerikalı 15,8 mlrd. dollar varlanıb.
 
"APA-Economics" jurnalın yaydığı məlumata istinadən xəbər verir ki, buna səbəb "Dow Jones" indeksinin rekord səviyyədə artmasıdır və səhmlərin kəskin bahalaşmasıdır.
 
Yanvarın 20-27-də ən çox "Berkshire Hathaway" konqlomeratının rəhbəri Uorren Baffet varlanıb - 2,5 mlrd. dollar. Beləliklə, Baffetin sərvəti 74 mlrd. dollara çatıb. "Forbes" jurnalının versiyasına görə, hazırda investor 85 mlrd. dollarlıq sərvəti olan "Mcrosoft" korporasiyasının rəhbəri Bill Qeytsdən sonra dünyanın ikinci ən zəngin insanıdır.
 
Qeyd edilən müddət ərzində "Facebook"un təsisçisi və rəhbəri Mark Zukerberqin sərvəti 2,1 mlrd. dollar artaraq 55,4 mlrd. dollara çatıb. Bu, şirkətin bazar dəyərinin kəskin artması hesabına baş verib. 2016-cı ilin sonundan etibarən şirkətin səhmlərinin nominal dəyəri 15% bahalaşıb.
 
Ən zəngin 10 amerikalıdan biri olan "Oracle" şirkətinin təsisçisi Larri Ellison həftə ərzində həmkarlarından daha az varlanıb. Yalnız Ellisonun sərvəti həftə ərzində 1 mlrd. dollardan az artıb - 985 mln. dollar. Qeyd edək ki, Ellisonun sərvəti 49,6 mlrd. dollardır.
 
Qeyd edilən dövr ərzində "Inditex" ("Zara", "Massimo Dutti" və s. brendləri özündə birləşdirən) şirkətinin sahibi Amansio Orteqanın sərvəti 370 mln. dollar azalaraq 71,3 mlrd. dollar təşkil edib.
 
"Dom Perignon", "Bulgari", "Louis Vuitton", "Sephora" və "Tag Heuer" brendlərinin sahibi Bernar Arno 68 mln. dollar "kasıblayıb". Hazırda onun sörvəti 41,5 mlrd. dollara enib.
 
Trampın ABŞ-Meksika sərhədində divar tikmək planına baxmayaraq, meksikalı milyarder Karlos Slim 1,6 mlrd. dollar varlanıb. Meksikalının sərvəti 50 mlrd. dollara çatıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol