• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada dollar bolluğudur?

Rusiyada dollar bolluğudur?
01.02.2017 20:07
Rusiya Maliyyə Nazirliyinin, bu ay ərzində daxili bazardan valyuta alışına başlayacağı bildirilib.

Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən edilən açıqlamada, artan neft qiymətləri səbəbilə güclənən Rusiya rublunun, ixracatçılara ziyan vurmaması üçün bu ay ərzində valyuta alışına başlanacağı bildirilib.

Açıqlamada, nazirliyin maliyyə siyasətinin, neft qiymətlərinin 40 dolların üzərində olması vəziyyətində valyuta alınması, aşağı olması vəziyyətində isə satılması istiqamətində olduğu qeyd edilib. Rublun zəifləməsi halında büdcə kəsirinin da azalacağı vurğulanmışdır.

Nazirlik, valyuta alışı prosesinin bazarda çox təsir yaratmayacağı vurğulayıb. Analitiklər isə bu yanaşmanın rubl və birja üzərində indidən təzyiq yaratdığı fikrindədirlər.

Valyuta alınacağına dair məlumatların mətbuatda yer almasından sonra Rusiya Birjasında xüsusilə ixracat ilə məşğul olan şirkətlərin səhmləri dəyər qazanmağa başlayıb, dollar/rubl  məzənnəsi 58 səviyyələrindən təkrar 60 səviyyələrinə qalxıb. 

Rusiya Mərkəzi Bankı tərəfindən məsələ ilə bağlı edilən açıqlamada isə, rublun sərbəst məzənnə rejimi çərçivəsində əməliyyat görməsinin dəstəklənməyə davam ediləcəyi, pul vahidinə hər hansı bir müdaxilənin nəzərdə tutmadığı qeyd edilib.

Rusiyada sonuncu dəfə valyuta alışı (bazardan dollar alınır) prosesi 3 milyard dollarlıq alışla 2014-cü ildə aparılmış, rubl tezliklə dollar qarşısında 50 səviyyələrindən 80 səviyyələrinə qədər yüksəlmişdi.

Rusiya Mərkəzi Bankı da, daha əvvəl tətbiq etdiyi dalğalı dəhliz rejimini ləğv edərək, rublun sərbəst məzənnə tətbiqi çərçivəsində əməliyyat görməsinə icazə vermişdi.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol