• $
  • €
  • ₽
  • ₺
  • £

Kosovoda ordu yaradılır

Kosovoda ordu yaradılır
29.05.2020 01:51
Qondarma Kosovo dövlətinin "parlamenti” dünən axşam Silahlı Qüvvələrin yaradılmasına dair qətnamə qəbul edib, bu barədə Kosovo Radio və Televiziyası (KRT) məlumat yayıb. 

Hakim və müxalif koalisiyalar tərəfindən dəstəklənən qətnamə 68 səslə qəbul edilib. 

ANN.Az haqqin.az-a istinadən xəbər verir ki, iclası boykot edən "Serb siyahısı” partiyasının parlamentariləri istisna təşkil ediblər. 

"Kosovo hakimiyyəti mümkün qədər tez bir müddətdə koordinasiyaya başlamaq və ölkənin Təhlükəsizlik Qüvvələrinin transformasiyası strategiyasının parlamentə təsdiq üçün təqdim etməyə dair səlahiyyətlər alır”, - parlamentdən alınan məlumatdan KRT sitat gətirib.
 
"NATO-ya inteqrasiyanın alternativi yoxdur, Kosovo parlamenti və hökuməti Kosovonun Silahlı Qüvvələrinin yeni mandatına müvafiq olaraq əməliyyat imkanlarının inkişafı məqsədilə NATO və ABŞ ilə birgə səyləri razılaşdırmalıdırlar”, - qətnamənin mətnində deyilir. 

Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç fevralın əvvəlində bəyan etmişdi ki, Priştin administrasiyası BMT-nin Təhlükəsizlik Şurasının 1244 qətnaməsinə müvafiq olaraq Kosovonun Silahlı Qüvvələrini formalaşdıra bilməz və bu qərar qanunsuzdur. 

2008-ci ilin fevral ayının 17-də Priştində Kosovo-alban strukturları birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Bu respublikanı Serbiya, Suriya, Rusiya, Çin, Azərbaycan, İsrail, İran, İspaniya, Yunanıstan və bir sıra digər ölkələr tanımır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol