• $
  • €
  • ₽
  • ₺
  • £

Ölümün əlamətləri

Ölümün əlamətləri
01.03.2017 22:00
Dünyanın məşhur elm jurnalı "New Scientist” Şotlandiyadakı Caledonian Universitetində psixoloq Kaynsia McVeyinin ölümdən son anda dönənlərlə görüşərək apardığı araşdırmaları nəşr edib.  

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmaya görə ölüm anlarında bu əlamətlər özünü büruzə verir:

Boğulma: Adam, ilk öncə, böyük çaxnaşma yaşayır. Nəfəsini saxlayır. Ardınca su ciyərlərinə dolduqca yanma hissi duymağa başlayır. Son olaraq hiss etdiyi şey isə sakitlik və dinclik olur. Oksigen ala bilmədiyi üçün beyni bağlanır və ölür.

Yanma: Yanıqlar, çox şiddətli ağrıya gətirib çıxarır. Sinir uclarının yanması isə bu ağrı hissini bir müddət sonra aradan qaldırır. Adam bir az hissiyyatını itirir. Yanaraq ölən şəxslərin əsl ölüm səbəbi əksər hallarda zəhərli qazların tənəffüs edilməsi və nəfəssizlik olur.

Başın qoparılması: Mütəxəssislərə görə başın bədəndən ayrılması sonrası bir neçə saniyə öz funksiyasını davam etdirir. Fransadakı hesabatlara görə 18-ci əsrdə baş kəsmək edamlarında qopan başda 30 saniyəyə qədər üz mimikaları əksini tapır.

Yüksəkdən düşmə: ABŞ-dakı Golden Gate körpüsündən tullanan 100 "qurbanın” ağciyərinin sıradan çıxması, ürəyin partlaması və qırıq qabırğaların daxili orqanlara zərər verməsi nəticəsində öldüyü ortaya çıxıb.

Elektrik cərəyanı vurarsa: Elektrik cərəyanı vurarsa, ürək dayanır. 10 saniyə sonra isə şüur fəaliyyətini dayandırır. Ancaq elektrik qoşulmuş masada edam edilən məhkumların ölüm səbəbi, beyinin həddindən artıq qızması, ya da boğulma olur.

Qan itkisi: 1,5 litr qan itirən adam özünü halsız, susamış hiss edir. İki litr qan itirildiyində baş gicəllənməsi və şüur ​​itkisi baş verir.

İnfarkt: Ürəyin normal ritminin pozulması, ürək atışlarını dayandırır. Beyin fəaliyyətini dayandırır və ölüm reallaşır.

Asılma: Yağlı kəndirlə asılaraq boğulma zamanı şəxs 10 saniyə içində şüurunu itirir. 

Zəhərli iynə: ABŞ-da edamlarda istifadə edilən bu üsul birbaşa ürəyi dayandırır. Araşdırmalar məhkumların böyük ağrı hiss etdiklərini göstərir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol