• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda daşınmaz əmlak ucuzlaşır

Londonda daşınmaz əmlak ucuzlaşır
01.03.2017 19:20
8 illik bahalaşmadan sonra qiymətlər azalmağa başlayıb.

ANN.AZ/ Londonda (Böyük Britaniyada) daşınmaz əmlakını satışa çıxaran bir çox insan siyasi qeyri-müəyyənlik və tələbin azalması fonunda qiymətləri azaltmağa və daha çox endirimə getməyə başlayıb. 

"ANN" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, son nəticədə şəhərin mərkəzi rayonlarında müşahidə edilən ucuzlaşma dalğası kənarlara da sıçrayıb.

Londonda fəaliyyət göstərən "Hometrack" əmlak investisiya şirkətinin hesabatına görə, 2009-cu ildən burada əmlak orta hesabla 86% dəyər qazanıb. Hazırda bu şəhərdə əmlakın orta qiyməti orta illik maaşdan 14,2 dəfə çoxdur və Böyük Britaniyadakı orta qiyməti 2 dədəfən çox üstələyir. Amma Brexit nəticəsində yaranmış qeyri-müəyyən siyasi şərait rekord həddə bahalaşmış əmlakın qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, endirimli qiymətlə satış elanları Londonun bəzi rayonlarında 40%-ə qədər artıb. Ən çox qiymət azalması yanvar ayında Kensinqton və Çelsi rayonlarında qeydə alınıb. Ötən ilin iyul ayı ilə müqayisədə burada qiymətlər 8,2% azalıb. Vestminser rayonunda isə azalma yarım il üzrə 7,7% təşkil edib. 

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aldığı, Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksi məhz şəhərin Vestminster rayonunda yerləşir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol