• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da ehtiyatda olan general rüşvət almaqda ittiham edilir

ABŞ-da ehtiyatda olan general rüşvət almaqda ittiham edilir
15.03.2017 16:20
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan admiralı Bryus Lavless San-Diyeqonun federal məhkəməsi qarşısına çıxıb, onlar rüşvət almaqda ittiham edilir.

ANN.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

"Associated Press” və "Reuters” agentliklərinin məlumatına görə, məhkəmə qarşısına ABŞ-ın HDQ-nin daha yeddi zabiti və Dəniz Piyada Korpusunun bir zabiti çıxarılıb. 

İttihama görə, zabitlər rüşvət, o cümlədən hotellərdə fahişələrin xidməti ilə dəbdəbəli nahar və şam yeməyi müqabilində gəmilərin hərəkətinə dair məxfi məlumatı ötürürdülər.

İstintaqın məlumatına görə, hərbçilər iş adamı Leonard Frensisdən onun "Glenn Defense Marine Asia” şirkəti ilə əməkdaşlığa görə rüşvət alıblar. 

"Washington Post”un yaydığı məlumata görə, ittiham aktında 25 min dollar qiyməti olan saat, 2 min dollara olan "Cohiba” markalı siqar qutusu və şüşəsi 2 min dollara olan konyak da var. 

HDQ-nin məlumatına görə, rüşvət işi üzrə 200-dən çox adam cəlb edilib, bura həmçinin 30 admiral daxildir, onların çoxunun adı çəkilmir. Hazırda 27 hərbçiyə qarşı ittiham irəli sürülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol