• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər sensasiyanı gerçəkləşdirdilər

Alimlər sensasiyanı gerçəkləşdirdilər
31.03.2017 10:47
Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkəti dünyada ilk dəfə olaraq artıq istifadə olunmuş raketi yenidən kosmosa buraxa bilib. Həmin raketin ilk hissəsi bir qədər əvvəl dəniz platformasına uğurla qaytarılmışdı.

Milli.Az NBC-yə istinadən bildirir ki, "Falcon-9" raketi sensasiyalı nəticə vermiş sınaqdan sonra dünyada ilk dəfə bir yox, bir neçə dəfə istifadə olunan raketə çevrilib. İndi faktiki olaraq raketi yeni, üçüncü uçuşa hazırlamaq olar.

Raketin buraxılışı YouTube-da birbaşa translyasiya olunub.

"Fenomenal, təkrarsız, fantastik gündür! Tamamilə uğurlu buraxılış oldu, - "SpaceX"in sahibi və rəhbəri İlon Maks Twitter-də yazıb. - Yenidən Yerə qayıdış və daşıyıcı raketin növbəti uçuşa hazırlanması şirkətin 15 ilini aldı. Çoxları bunun mümkünsüz olduğunu desələr də, biz bacardıq".

"Falcon-9" raketinin ilk hissəsi ötən il istifadə olunmuşdu. Həmin uçuşda raket Beynəlxalq Kosmik Stansiya üçün yük aparan "Dragon" kosmik gəmisini çıxarmışdı.

"SpaceX" layihəsinin əsas məqsədi kosmik peyklərin buraxılışı ilə bağlı xərclərin azaldılmasıdır.

"SpaceX Qven"in prezidenti veb-translyasiya zamanı bildirib ki, şirkət nə zamansa raketlərdən təyyarələr kimi istifadə etməyi düşünür: "Ümid edirik ki, raket yerə enən günü yenidən kosmosa qalxa biləcək".

"SES-10" geostansionar rabitə peyki ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki buraxılış meydançasında gerçəkləşdirilib.

Raketdən dəfələrlə istifadə yüklərin orbitə çıxarılması ilə xərcləri ən azı 34 faiz azaldacaq. Hazırda "Falcon 9" raketinin buraxılışı 62 milyon dollardır.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol