• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Rusiyaya ultimatum

ABŞ-dan Rusiyaya ultimatum
11.04.2017 19:58
ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib.

İstiPress "İnterfax”a istinadən xəbər verir ki, ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. Tillerson Rusiyanı seçim qarşısında qoyub: "Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah”. Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər. Bizim fikrimizcə, ikinci, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək” — deyə Tillerson bildirib. Dövlət katibinin sözlərinə görə, Rusiyanın Suriyada kimyəvi tərksilahla bağlı öhdəliyini yerinə yetirə bilməməsi və yaxud qeyri-kompetent davranması hələ aydın deyil: "Amma bu, ölənlər üçün əhəmiyyət kəsb etmir”.

Suriyada kimyəvi hücuma da toxunan dövlət katibi: "Biz bunun təkrar baş verməsinə yol verə bilmərik” - deyib.

Qeyd edək ki, Reks Tillerson İtaliyada G7-nin sammitində iştirak edəndən sonra oradan Moskvaya gəlib. Bu, Tillersonun ABŞ-ın dövlət katibi kimi Rusiyaya ilk səfəridir. O, Rusiyada rəsmi görüşlərə sabahdan başlayacaq.   

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol