• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda qorxu: müharibə qaçılmazdır

İrəvanda qorxu: müharibə qaçılmazdır
22.04.2017 13:00
Rusiyalı politoloq Stanislav Belkovskinin tezliklə Rusiyanın Qafqaz regionunu tərk edəcəyi barədə verdiyi açıqlama Ermənistanda böyük qorxu yaradıb.
İstiPress-in məlumatına görə, Stanislav Belkovskinin "Exo Moskvı” radiosunun efirində "Rusiya imperiyasının dağılacağı, Dağıstan, Çeçenistan və İnquşetiyanın Rusiyanı tərk edəcəyi barədə” məqaləsinə erməni jurnalist Romella Mnasakanyan da laqeyd qala bilməyib və o, "ArmenianReport” yazdığı məqaləsində bütün ermənilər adından Stanislav Belkovskiyə müraciət edib:

"Rusiyanın dağılmasınıvn qaçılmaz olması aydındır, amma biz bu illər ərzində yaşamalıyıq”.

Rusiyalı politoloq həmçinin bildirib: "Cənubi Qafqaz artıq Rusiya imperiyasından birdəfəlik ayrılıb, yaxud onun geri dönməsi uzun müddət mümkün olmayacaq».

Romella Mnasakanyan isə bu fikrin Ermənistana aid olmadığını bildirir: "Rusiya Ermənistına heç yerə buraxmır, onun inkişaf etməsinə imkan vermir. Onun sivilizasiyalı dövlətlərin Böyük Avropa ailəsinə dönəməsini (???? - red.) istəmir. Gürcüstanın nəyin bahasına ora can atmasını xatırlamaq yerinə düşər”.

Erməni jurnalist Cənubi Qafqazda yeganə rus hərbi bazasının Ermənistanda yerləşdiyini bildirir: "Bu baza bizim düşmənlərimiz üçün təhlükə olduğundan çox, bizim özümüz üçün də təhlükəlidir”. Erməni jurnalist daha sonra dəqiqləşmə aparıb və "biz” dedikdə az sayda ermənini nəzərdə tutduğunu vurğulayıb: "Rusiya əsarətiindən azad olmaq istəyənlər üçün təhlükəlidir”.

Erməni jurnalist Rusiyanın dağılacağı barədə xəbərlərin Ermənistanda qorxu doğurmasının sirrini məhz bu cümlə ilə açıb. Yəni ermənilər başa düşür ki, Rusiya regionu tərk edərsə, Azərbaycanla müharibədə tək qalacaqlar. Bunun nə demək olduğunu isə 1918-ci ildən çox yaxşı bilirlər. Onda Qafqazda 140 min silahlı erməni əsgər vardı və onlar Rusiyadakı inqilabla  bağlı Birinci Dünya müharibəsindəki mövqelərini qoyaraq Azərbaycanın şəhər və kəndlərinə dolmuşdular. Bakıda 30 min, Qarabağda 30 min və İrəvanda 30 min erməni vardı.

Qalan erməni ordusu isə Gümri, Şamaxı və Lənkəran kimi şəhərləri nəzarətə götürmüşdü. Birinci Dünya müharibəsinə cəmi 1400 azərbaycanlı çağrılmışdı və onlar Gəncəni nəzarətə götürməyi bacarmışdılar. Amma Qafqaz seyminin bölünməsi nəticəsində Azərbaycanın payına düşmüş ərazilər silahlı erməni qoşunlarının nəzarətində idi. Azərbaüycan xalqı iki il ərzində təşkilatlanaraq bütün ərazilərini erməni ordusundan təmizləyə bilmişdi. "Böyük Ermənistan” xəstəliyinə yoluxmuş ermənilər anlayır ki, Rusiya regionu tərk edərsə, bu, Qarabağın işğaldan azad olması ilə nəticələnəcək. Onları qorxudan məhz budur. 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol