• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın taleyi mayın 3-də həll olunacaq

Dünyanın taleyi mayın 3-də həll olunacaq
01.05.2017 15:23
Rusiya və Türkiyə prezidentləri mayın 3-də Soçidə görüşəcək.

Görüş çərçivəsində ölkə rəhbərlərinin terrorizmlə birgə mübarizə və Suriya böhranının nizamlanması istiqamətində, eləcə də aktual regional və beynəlxalq problemlərin müzakirə edəcəyi deyilir.

Bəs, bu görüş iki dövlət arasındakı münasibətlərə nə dərəcə təsir göstərəcək? Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu görüşün çox mürəkkəb keçəcəyini bildirdi:

"Rusiya və Türkiyə arasında çox ciddi problemlər var. Hazırda iki ölkə arasındakı münasibətə belə bir ad verərdim: Ya "Mehriban düşmənlər”, ya da "Lənətlənmiş dostlar”. Onların bir-biri ilə apardığı müzakirələrdə öz problemlərinin həlli çox vaxt aparacaq. Bu səbəblə, görüşü çox mürəkkəb görürəm. Ərdoğanla Putinin görüşü zamanı Türkiyə ilə bağlı fundamental razilaşma olmazsa, Türkiyə çalışacaq Rusiyanın daxilindəki vəziyyəti gərginləşdirsin, eləcə də, Rusiya çalışacaq ki, kürd terrorçularına dəstək verməklə Türkiyənin daxilində problem yaratsın. Ən yaxşı variant odur ki, iki prezident çox açıq şəkildə söhbət etsinlər. Çünki bu gərginlik istər-istəməz Azrbaycana təsir edir.

Dağlıq Qarabağ məsələsinə yer verilməyəcək


Bu konteksdən baxdığımz zaman, müzakirələrdə Dağlıq Qarabağ məsələsinə yer veriləcəyini görmürəm. Qaldı ki, "S-400”lərin alınması məsələsi, bu barədə artıq Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksinin alınmasını geosiyasi bir razılaşma hesab edirəm. Türkiyə Rusiyadan ən müsir silahı almaqla, NATO-ya acıq verir. Eləcə də, Rusiya Türkiyəyə bu silahı verməklə, bu cür fikirləşir. Amma bildirim ki, "S-400” razılaşması Türkiyə-Ruisya münasibətlərində düyünün açılması demək deyil”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol