Fransa Avropa İttifaqından çıxa bilər

Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində deyib.
"İrəli" hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: "Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa "Frexid"lə üzləşə bilər".
Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















