Böyük Britaniyada parlament buraxılıb

Növbədənkənar seçki öncəsi Böyük Britaniyada parlament buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə parlamentin saytında məlumat verilib. Ölkə qanunvericiliyinə əsasən parlament səsvermə gününə kimi 25 iş günü ərzində buraxılmalıdır. "Səsvermə proseduru iyunun 8-nə təyin olunub və müvafiq olaraq parlament bu gecə buraxılır”,- deyə məlumatda deyilir.
Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentin buraxılması barədə rəsmi şəkildə kraliça II Elizavetanı məlumatlandıracaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















