• $
  • €
  • ₽
  • ₺
  • £

Halal ət kəsimi qadağan edildi

Halal ət kəsimi qadağan edildi
09.05.2017 13:36
Belçikada halal ət kəsimi qadağan edilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölkənin ən böyük bölgəsi olan Valonda yerli hakimiyyət orqanı bu barədə qərar verib. Qərara görə, heyvanların huşu üzərində olarkən, halal, kaşrut (yəhudi qaydalarına uyğun) yollarla kəsilməsinə imkan verilməyəcək. 

Qayda 2019-cu ildən qüvvəyə minəcək. 

Bölgə parlamentinin qərarına görə, heyvanlarının boğazını kəsib qanını axıtmaq onlara daha çox əziyyət verir. 

Eyni qadağa ilə bağlı təklif Flaman bölgəsində də verilib. Əgər bu təflik qəbul edilərsə, 3 federal bölgənin ikisində heyvanları ayıq vəziyyətdə kəsmək qadağan edilmiş olacaq.

Belçikada yaşayan müsəlmanlar isə dini komissiyanın "heyvanı bayıldaraq kəsmək" üsuluna qarşıdır. Ölkənin müsəlman qurumundan verilən açıqlamada əhalinin halal ət tapa bilməyəcəyindən narahatlıq ifadə edilib. 

Avropa Yəhudi Konqresi də bu qadağanı şiddətlə qınayıb. Konqresin rəhbəri Moşe Kantor Avropanın qəlbində belə bir qərarın verilməsinin yəhudilərin qitədə istənilməməsinə dair qorxunc mesaj verildiyini deyib. "Bu, İkinci Dünya müharibəsində faşizm işğalından bu yana Belçikada yəhudilərin haqlarına edilmiş ən böyük hücumdur". 

Danimarka, İsveçrə və Yeni Zellandiyada heyvanları keyitmədən kəsmək qadağandır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol