• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan üçün əcəl zəngi

İrəvan üçün əcəl zəngi
13.05.2017 10:59
Rəsmi İrəvan Azərbaycanda erməni kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə Bakının bəyanatını təkzib edir.

Erməni tərəfi Azərbaycanın müdafiə nazirliyinin bəyanatını uzun sürən təxribat kimi qiymətləndirir. Erməniləri müəyyən mənada anlamaq mümkündür. Görünür, onlar bizim ölkədə terror planlaşdıran çox qiymətli xəfiyyələrini itiriblər. Yəqin ki, çox tezliklə bu satqınların əməlləri barədə çox şey öyrənəcəyik.

Nə baş verirsə  - versin, ermənilər, mən erməni xalqını deyil, onların hakim dairələrini nəzərdə tuturam, hər şeyi təkzib edirlər. Yevlax yaxınlığında sərnişin avtobusunu yandırdılar, dərhal dedilər ki, biz deyilik. Bakıda metronu partlatdılar, erməni kəşfiyyatının işi olduğuna dair böyük dəlillər aşkar edildiyi halda, qışqırdılar ki, bu, biz deyilik.

Xocalıda zülm edib öldürdükləri qoca və uşaqların günahını da boyunlarından atırlar. Deyirlər, biz deyilik. Halbuki, prezident Serj Sarkisyan Britaniya mətbuatına özü etiraf edib ki, Xocalı sakinlərini bilərəkdən qırıblar. Dağlıq Qarabağa Ermənistan  nizami ordusunu yeridiblər, amma bütün dünyaya yalan danışırlar ki, bu, partizan dəstələridir. Halbuki, dünyaya Qarabağda həlak olmuş Ermənistan əsgərlərinin qalaq-qalaq hərbi biletləri təqdim edilib.
Bütün bunlardan sonra İrəvan yenidən bəyan edib ki, heç zaman terrorçuluğu hərbi əməliyyatlarda bir üsul və metod kimi istifadə etməyib. Bu da yalandır. Özləri yalan danışırlar və özləri də buna inanırlar.

Ermənistanda indi yaşamaq çox çətindir. İşsizlikdir, əmək haqları çox aşağı, qiymətlər  çox yuxarıdır. Buna görə yetərincə çox sayda erməni hər il ölkəni tərk edir. Amma hakimiyyətdə olanlar uzun illərdir dediklərini təkrar etməkdə davam edirlər: Dözün, Qarabağ bizim olan kimi hər şey düzələcək. Bu isə o deməkdir ki, Ermənistanda heç zaman yaxşı olmayacaq. Çünki gec-tez bütün tutulmuş Azərbaycan torpaqları geri qaytarılacaq. Keçən ilin aprel ayı bədxah qonşularımız üçün yetərincə ciddi xəbərdarlıq oldu, əcəl zəngi kimi. 

Mais Məmmədov, Əməkdar Jurnalist      

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol