• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qərar müharibəyə səbəb olacaq

Bu qərar müharibəyə səbəb olacaq
16.05.2017 20:02
ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırırlar.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı bildirib.

Diplomatik missiyanın köçürülməsinə qarşı çıxanların fikrincə, belə qərar sülh prosesinə mənfi təsir göstərəcək və regional riskləri artıracaq.
Eyni zamanda prezident Donald Trampın bir sıra məsləhətçiləri prezidenti seçkiqabağı vəd yerinə yetirməyə çağırırlar. Onların fikrincə, ABŞ prezidenti gələn həftə İsrailə planlaşdırılmış səfərin gedişatında Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı elan etməlidir.

Telekanal bildirir ki, administrasiya həmçinin aralıq mövqeni tutmaq imkanını araşdırır. Yəni, heç bir təcili hərəkətə təşəbbüs etmədən Qüdsə İsrailin gələcək paytaxtı kimi baxılacağı elan oluna bilər.
 
 
 
Ağ Evdəki mənbələr bildirir ki, Tramp hələ Qüds üzrə müəyyən qərara gəlməyib.
 
 
ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan və Amerika səfirliyinin bu şəhərə daşınmasını nəzərdə tutan qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib.
 
 
ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib. Ancaq şəhərin mübahisəli statusuna görə hər ABŞ prezidenti bu qərarın yarım il təxirə salınmasını nəzərdə tutan sənədi imzalayır. Telekanal qeyd edir ki, vetonun müddəti iyunu 1-də başa çatır.
1949-cu ildən İsrail Qüdsü paytaxt elan edib. 1967-ci ildən İsrail bütün şəhər ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrailin suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Bütün xarici səfirliklər Təl-Əvivdə yerləşir.
Bir neçə gün isə Likud Partiyasının toplantısında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu Qüdsü növbəti dəfə yəhudilərin və İsrailin əbədi paytaxtı adlandırıb.
"Amerika da daxil olmaqla, bütün səfirliklər Qüdsə köçürülməlidir. Onların yeri məhz Qüdsdür”, – deyə o bildirib.
Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol