• $
  • €
  • ₽
  • ₺
  • £

Torpaqlar belə azad ediləcək

Torpaqlar belə azad ediləcək
19.05.2017 12:34
"Anti-terror gücləri Donbasın işğal edilmiş ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir. Amma problemin həllinin başqa taktikası mövcuddur”.

Anews.az Publika.az -a istinadın xəbər verir ki, bunu "Obozrevatel” nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy deyib.

"Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər”, - hərbi ekspert hesab edir.

Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət qədər zəiflədəcək: "Bu halda Ukrayna gücləri rəqibi sıxışdıraraq lokal əməliyyatları həyata keçirə biləcək. Elə şərait yaradılmalıdır ki, rəqib işğal edilmiş şəhərləri saxlaya bilməyərək oranı tərk etsin”.

Daha əvvəl Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib ki, Ukrayna Donetsk və Luqanskı güc metodları ilə azad etməyəcək.
Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin hücumunu elan edib. O, hərbiçiləri metr-metr şərqə irəliləməyə çağırıb.

"Donbasın işğal edilmiş ərazilərinin Rusiya qoşunlarından təmizlənməsi üçün Ukrayna Silahlı Qüvvələrinə yalnız bir ay vaxt lazımdır. Svetlodarsk və Avdeyevka ərazilərində döyüşlər aydın göstərdi ki, bizim ordumuz hibrid Rusiya qoşunlarından əhəmiyyətli dərəcədə güclüdür. Donbas ərazisini tamamilə təmizləmək üçün bizə bir ay vaxt lazımdır”, - o vurğulayıb.

Daha əvvəl isə Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov bildirib ki, Ukrayna təhlükəsizlik gücləri Kiyevin nəzarətində olmayan ərazilərin qaytarılmasına hazır olmalıdır. Onun sözlərinə görə, Kiyev hakimiyyətində Donbasın azad edilməsi üzrə konkret plan var.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol