• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların taleyi həll olunur - FED-dən xəbər

Dolların taleyi həll olunur - FED-dən xəbər
22.05.2017 15:56
ABŞ Federal Ehtiyat Sisteminin (FED) may ayında keçirdiyi iclasın yekunu mayın 24-də açıqlanacaq. "Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, yekun rəydə iyun ayı iclasında faizlərin mümkün artırılması ilə bağlı açıqlamalar ola bilər. Qeyd edək ki, mayda keçirilən iclasdan sonra iyun iclasında uçot dərəcəsinin artması ehtimalı 90%-ə qədər yüksəlsə də, son günlər ABŞ Prezidenti ətrafında yaranan qalmaqal və bəzi zəif iqtisadi göstəricilər ehtimalları 60%-ə qədər azaldıb.

"Marketwatch" araşdırma şirkətindən verilən xəbərə görə, Kanadanın "TD Securities" investisiya bankının analitikləri FED-in müsbət açıqlamalar verəcəyini gözləyirlər. Yəni, çərşənbə günü veriləcək FED-in açıqlamaları uçot dərəcəsinin artırılması ehtimallarını yenidən yüksəldə bilər.

"Capital Economics"in baş iqtisadçısı Pol Aşvorts (Paul Ashworth) hesab edir ki, əmək bazarı göstəricisi FED-in uçot dərəcəsini artırması fikrini dəstəkləyəcək. İşsizlik göstəricisi 4,4%-ə enərək 2007-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Lakin inflyasiya göstəricisi son 2 ayda bir qədər yumşalıb.

"Report"un analitik qrupu bildirir ki, FED-in uçot dərəcəsinin artırılması qərarını müsbət dəstəkləyəcək açıqlamalar verməsi dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq və əsas valyuta cütlüyü 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol