• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın planı necə məhv edilir?

ABŞ-ın planı necə məhv edilir?
29.05.2020 08:24
Rusiya Hərbi-Hava Qüvvələri mayın 29-dan 30-na keçən gecə Rakkanı tərk etməyə çalışan İŞİD terror qruplaşmasının 80-dən çox terrorçusunu məhv edib.
 
 
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, döyüşçülər Rakkanın "Suriya Demokratik Gücləri”, ABŞ, Böyük Britaniya və Fransanın hərbi bölmələri tərəfindən mühasirəyə alınmasına baxmayaraq, Fərat çayı vasitəsilə Palmiraya qaçırdılar.

Agentliyin yazdığına görə, bu, döyüşçülərin Rakkadan Palmiraya ilk qaçış cəhdi deyil. Rusiya aviasiyası terrorçuların birinci kolonunu mayın 25-də məhv edib. Mayın 30-u gecəsi isə İŞİD terrorçuları Rakkadan bir neçə marşrut üzrə çıxıblar. İŞİD-in bu cəhdinin qarşısı da Rusiya qırıcıları tərəfindən alınıb.

Dünən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

"Müdafiə Nazirliyimiz İŞİD-ə Rakkadan çıxmaq üçün dəhliz yaradılması barədə razılaşmanın olduğunu təsdiqləyir. Bu məlumat etibarlı mənbələrə söykənir. Bundan başqa, məlumatın yayıldığı vaxt İŞİD döyüşçüləri Rakkanı tərk edərək Palmira istiqamətində irəlilədilər. Rusiya ordusu İŞİD kolonunu vurdu və buna görə də Palmiraya çatmadılar”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.
 
avrov Rusiya hava qüvvələrinin İŞİD-in hərəkətlərini daim izlədiyini və harada olmasından asılı olmayaraq vurulacağını bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı bununla da İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan "Debka” saytının iddiasını təsdiqləmiş olub. Saytın bir neçə gün əvvəl yazdığına görə, ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib. Sayt qeyd edir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol