• $
  • €
  • ₽
  • ₺
  • £

FED bazarda dollar kütləsini azaltmağa başlayır

FED bazarda dollar kütləsini azaltmağa başlayır
13.06.2017 23:50
Balansın azaldılması qlobal maliyyə bazarlarına mənfi təsir göstərəcək.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və iki gün davam edəcək iclasının yekununda balansını azaldacağı barədə açıqlamalar verəcəyi gözlənilir. "Report" xəbər verir ki, ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha sürətli artımının qarşısını almaq üçün FED balansında olan istiqraz portfelini sataraq əlavə likvidliyi sterilizasiya etmək istəyir. 

Qeyd edək ki, FED-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb. O zaman bu üsulla çətin vəziyyətdən çıxan FED, indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.

Sabahkı açıqlamalarında FED-in balansını nə zaman kiçiltməyə başlayacağı barədə fikirlər səsləndirməsi gözlənilir. "Report"un analitik qrupu bildirir ki, balansın azaldılması dollar kütləsinin bazardan yığılması, faizlərin artması deməkdir. Bu qərar dünya maliyyə bazarlarına mənfi təsir edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol