• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb
14.06.2017 16:40
Tramp: "Onlar fəaliyyətləri ilə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaradırlar”


ABŞ prezidenti Donald Tramp Belarusa qarşı sanksiyaların daha bir il uzadılması barədə fərman imzalayıb.

"Report” "DW”yə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı Konqresi məlumatlandırıb. 
Bu sanksiya prezidentin fərmanına əsasən uzadılır və qüvvədə olur.

ABŞ prezidenti sanksiyaların uzadılmasını Belarus hökumətinin bəzi təmsilçilərinin ölkədə insan hüquqlarını pozmaları ilə əsaslandırıb. 

İnformasiyaya əsasən, 2006-cı il iyunun 16-da tətbiq edilən sanksiyanın müddəti daha bir uzadılıb.

"Belarus hökumətinin üzvlərinin və başqa şəxslərin fəaliyyəti, eləcə də siyasəti ölkədəki demokratik prosesi və institutları məhv edir. Onlar insan haqlarını pozur, korrupsiyaya bulaşırlar. Həmin şəxslər bu kimi fəaliyyətləri ilə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaradırlar. Belə amillər sanksiyanın müddətinin 2017-ci il iyunun 16-dan sonra da uzadılmasını vacib edir”, - deyə D.Trampın Konqresə ünvanladığı məktubda vurğulanıb.

Qeyd edək ki, bu ilin fevralında Avropa İttifaqı da Belarusa qarşı sanksiyaların müddətinin daha bir il uzadılması haqqında qərar qəbul edib. Həmin sənədə əsasən, Belarusa silah embarqosu davam etdiriləcək, müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı "qara siyahı"dan çıxarılmayacaq.

Xatırladaq ki, Avropa İttifaqı 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul etdiyi sanksiyaların bir hissəsini ləğv etmişdi. Həmin qərara əsasən, 170 vətəndaş və 3 hüquqi şəxs ittifaqın "qara siyahısı”ndan çıxarılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol