• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ordusu hərəkətə keçdi

Türkiyə ordusu hərəkətə keçdi
24.06.2017 16:13
Türkiyə ordusu Suriyanın İdlib vilayətində təhlükəsizliyi təmin etməyə hazırlaşır. Türk əsgərinin burada olması 2 milyon suriyalını bombalardan qoruyacaq. İki gün əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Habertürk” kanalının efirində bildirdi ki, İdlib vilayətində Türkiyə və Rusiya əsgərlərinin olacağı bir mexanizm üzərində iş aparılır. Bundan başqa, o, Dəməşq ətrafında Rusiya və İran, cənubda Dera bölgəsində isə İordaniya və ABŞ əsgərlərinin olacağı bir mexanizm üzərində iş getdiyini söylədi.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə ordusu İdlibdə yerləşmə həm də ABŞ-ın həyata keçirmək istədiyi "terror dəhlizi” planına ciddi zərbə endirmiş olacaq.

Türkiyə hərbi birlikləri Suriyaya üç ayrı nöqtədən keçərək 85 kilometr uzunluğu 35 kilometr eni olan əraziyə nəzarət edəcək. Şərqdə Dar et İzzə-Kala Samandan başlayacaq dəhliz qərbdə Obin-Hırbit əl-Cuz bölgəsinə qədər uzanacaq. Şimalda Türkiyənin Hatay vilayətindən başlayacaq dəhlizin cənub sərhədi Sahlel Gap bölgəsidir. İdlib vilayətində təhlükəsizliyin təmin olunmasında Azad Suriya Ordusu da iştirak edəcək. Ankara Azad Suriya Ordusunun 2 min döyüşçüsünə "hazır olun!” təlimatı verib.

Türkiyənin İdlib həmləsi PKK/PYD terror təşkilatının Aralıq dənizinə çıxma layihəsinin də çökməsi anlamı daşıyır. "Terror dəhlizi”nin əsas hədəfi Türkiyənin ərəb dünyası ilə quru əlaqəsini kəsməkdir. Ankara daha əvvəl bu plana ilk zərbəsini endirib. "Fərat Qalxanı” hərəkatı ilə Ayn əl-Ərəb (Kobani)-Afrin "terror dəhlizi”nin yaradılmasının qarşısını alınıb. Türkiyə İdlibə hərbi birliklərini yeritməklə ABŞ tərəfindən dəstəklənən Afrin-Aralıq dənizi "terror dəhlizi” planının qarşısı alınacaq. Türk hərbiçiləri ilə ilə birlikdə İdlibə yerləşdiriləcək Rusiya hərbiçilərinin sayı isə simvolik olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol