• $
  • €
  • ₽
  • ₺
  • £

Ağ Evdəkilərin maaşları açıqlandı

Ağ Evdəkilərin maaşları açıqlandı
28.05.2020 23:08
Ağ Evdə Donald Trampın rəhbərliyi altında işləyən bütün personalın illik maaşları açıqlanıb.

anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ qanunlarına görə məmurlar gəlirləri ilə bağlı ildə bir dəfə hesabat verirlər. Bu dəfəki siyahı 377 nəfəri əhatə edib.

Hesabata əsasən, prezident Donald Tramp illik 400 min dollar maaş alıb. Maaşının ilk 3 aylıq hissəsini Milli Park Xidmətinə bağışlayıb.

Siyahıda 21 nəfər yüksək maaşları ilə diqqət çəkiblər. Məsələn, Ağ Evin Xüsusi Qələm Müdiri Reince Priebus, baş strateq Steve Bannon və mətbuat sözçüsü Sean Spicer, eləcə də, məsləhətçisi Kellyanne Convay  179 min dollar maaş alırlar.

Maraqlıdır ki, Trampın komandasında olan məşhur varlı iş adamlarının bəziləri aşağı məvaciblə işləyirlər.

Belə ki, investor Jared Kuşner, eləcə də, prezidentin qızı İvanka Tramp maaş almırlar.

Milli İqtisadiyyat Şurasının direktoru Gary Cohn isə ildə 30 min dollar qazanır.

ABŞ Konqresinə təqdim edilən 377 nəfərlik siyahıda bəzilərinin illik maaşları isə belədir:

Mark S. House - aparıcı məsləhətçi - 187 min 100 dollar

Everett Eissenstat - sədr müavini və Beynəlxalq İqtisadi Əlaqələr vəkili - 165 min dollar

Sandra Mabry - əxlaq müşaviri - 161 min 900 dollar

Mişel Harkins - aparıcı siyasi analitiki - 158 min 123 dollar

Andryu  Veprek – müşavir - 127 min 489 dollar

Helen Ferre - media işləri direktoru - 115 min dollar

Patricia Blair -102 min 212 dollar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol