• $
  • €
  • ₽
  • ₺
  • £

Misirdə tankçılar “canlı bomba”nı əzdilər

Misirdə tankçılar “canlı bomba”nı əzdilər
26.07.2017 20:40
Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında "canlı bomba”nın idarə etdiyi "şəhid-mobil”in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb. 

anews.az milli.az-a istinadən bildirir ki, Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda "şəhid-mobil” hərbçilərə sürətlə yaxınlaşıb. Tankın qarşısında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlib və "şəhid-mobil”i əzib. 

Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayıblar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdıb. Bu zaman "şəhid-mobil” partlayır. Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır. Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb. 

"Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib”, - nazirliyin açıqlamasında deyilir. 

"Şəhid-mobil”də 100 kq partladıcı maddə olub. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol