• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli müharibə başlaya bilər

Dəhşətli müharibə başlaya bilər
28.07.2017 14:34
"Yapon vaxtı” qəzeti Çinlə Hindistan arasında hərbi müstəvidə gərginliyin artması haqda yazı dərc edib.

Metbuat.az xəbər verir ki, gərginliyin artmasına səbəb Çinin Hindistanın təsir dairəsində olan Butan ərazisinə qoşun yeritməsi və orada yol salmasıdır.

Butanın ərazisi təxminən İsveçrə krallığına bərabərdir, 750 min nəfər əhalisi var. Ərazisinin 80 faizi dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşir.

Ümumiyyətlə, Çinlə Hindistan arasında dağlıq yerlərdə mübahisəli ərazilər çoxdur.

Butan kimi Nepal, Şri-Lanka və Myanma kimi ölkələr də Hindistanın təsiri altındadır. Çünki dini baxımdan Hindistana bağlıdırlar. Hindistanın Dalay Lamaya və tibet xalqına dəstək verməsi də Çini hövsələdən çıxarır.

Əhali baxımından dünyanın ən nəhəng ölkələri olan Çin və Hindistan arasında müharibə olsa, ölənlərin sayı 100 milyonlarla ölçülə bilər. Bu isə bəşəriyyətin inkişafını 20-30 il geriyə atacaq.

"Çin Hindistana qarşı olan qüvvələrdən istifadə etməyə çalışır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli deyib.

"Artıq 50 ilə yaxındır ki, Asiyada ölkələr arasında bu və ya digər formada müəyyən konfliktlər gedir. Çin və Hindistanın regionda öz siyasi maraqları var. Açıq şəkildə bildirilməsə də, müəyyən məqamlarda onların bir-birinə qarşı ərazi iddiaları var. Lakin iki dövlət arasındakı gərginlik əsasən dini faktorla bağlıdır. Hər iki ölkə bir-birindən ehtiyat edərək hərbi texnologiya sahəsinə, müdafiə sənayesi sahəsinə külli miqdarda vəsait xərcləməkdə davam edir. Hər iki ölkənin hərbi sənaye sahəsində müttəfiqi Rusiyadır.

Məsələn, aviasiya və zirehli texnika sahəsində hər iki ölkə Rusiya ilə əməkdaşlıq edir. Çin son illər Rusiyadan asılılığı azaltmaq üçün yeni hərbi sənaye məhsullarının yaradılmasına başlayıb. Hər iki ölkənin şəxsi heyəti eyni saydadır. Çin və Hindistanın əhalisinin sayı demək olar ki, bərabərdir. İki dövlətin də nüvə potensialı, nüvə silahı imkanları var. Kəskin qarşıdurmadan söhbət gedə bilməz. Çünki bu regionun məhvi deməkdir. Məsələdə barışdırıcı rolu Rusiya oynayır, balanslaşdırılmış siyasət aparır.

Çin regionda Hindistana qarşı olan qüvvələrdən istifadə etməyə çalışır. Məsələn, Pakistandan istifadə edir. Bununla bağlı Hindistan höküməti dəfələrlə Çinə öz narazılığını bildirib. Pakistanın aviasiya qüvvələrinin modernləşməsi və gücləndirilməsi, yeni məhsulların yaradılması istiqamətində Çin Pakistana ciddi şəkildə yardım göstərir, birgə layihələr həyata keçirirlər. Bildiyimiz kimi, Hindistan və Pakistan Kəşmir problemi ilə bağlı artıq 60 ilə yaxındır ki, münaqişə vəziyyətindədir. Eyni vəziyyəti Hindistan Çinin yaxın qonşularına hərbi yardım etməklə həyata keçirir. Hindistan və Çin arasındakı gərginlik iri miqyas ala bilməz. Buna dünyanın super dövlətləri imkan verməz”.  

"Müharibə çox böyük əks-səda yarada bilər”.

Bu sözləri Metbuat.az-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib.

"Müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. Əvvəl əgər iki dövlətin gücü rol oynayırdısa, hazırda beynəlxalq aləmin mövqeyi də nəzərə alınır. Çin və Hindistan kifayət qədər dağıdıcı gücə malik ölkələrdir. Ölkə hərbi baxımdan ilk növbədə əhali və silahlı qüvvələrin imkanlarına əsasən qiymətləndirilir. Çin iqtisadi imkanlarına uyğun olaraq silahlı qüvvələrini müasir texnika ilə silahlandırır. Silahlı qüvvələrin tərkibi və imkanlarına əsasən iki dövlətin hərbi gücünü müqayisə etsək, üstünlüyü Çinə verərdim. Müharibə başlayarsa, oradakı sənaye müharibəni dəstəkləyəcək. Regionda müharibənin başlayacağına inanmıram. Çin və Hindistanı zəiflətməyə çalışan maraqlı qüvvələr var. Müharibə başlayarsa, çox böyük əks-səda gətirə biləcək bir müharibə olacaq”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol