• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır

Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır
09.08.2017 11:00
Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Bu barədə anews.az APA-ya istinadən xəbər verir.

KXDR Strateji Qüvvələrinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilən bəyanatına əsasən,  Pxenyan "Xvason-12” qitələrarası ballistik raketlərin köməyi ilə ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olduğu barədə Vaşinqtona ciddi siqnal ötürmək niyyətindədir.

Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus "Andersen” aviabazası və "Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə "Xvason-14” ballistik raketini sınaqdan keçirib.  

ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu iddia edirlər. Rusiya isə "Xvason-14” ballistik raketlərinin ortamənzilli olduğunu bəyan edib. KXDR isə, öz növbəsində, qitələrarası ballistik raketlərini bütün hallarda uğurla sınaqdan keçirdiyini bildirib.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol